فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۗ وَيَسۡـَٔلُونَكَ عَنِ ٱلۡيَتَٰمَىٰۖ قُلۡ إِصۡلَاحٞ لَّهُمۡ خَيۡرٞۖ وَإِن تُخَالِطُوهُمۡ فَإِخۡوَٰنُكُمۡۚ وَٱللَّهُ يَعۡلَمُ ٱلۡمُفۡسِدَ مِنَ ٱلۡمُصۡلِحِۚ وَلَوۡ شَآءَ ٱللَّهُ لَأَعۡنَتَكُمۡۚ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ ٢٢٠
Fid-dunyā wal-ākhirati wayas'alūnaka 'anil-yatāmā qul islāhul lahum khayrun wa in tukhālitūhum fa ikhwānukum wallāhu ya'lamul-mufsida minal-muslihi walaw shā'allāhu la a'natakum innallāha 'azīzun hakīm
dünya və axirət barəsində. Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək daha xeyirlidir. Əgər onlarla birlikdə yaşayırsınızsa, (bilin ki,) onlar sizin qardaşlarınızdır”. Allah fəsad törədəni yaxşılıq edəndən ayırd edə bilir. Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı. Şübhəsiz ki, Allah qüdrətlidir, hikmət sahibidir.
Təfsir
Allah bunu, sizə dünyada və axirətdə fayda verən şeylər barədə fikirləşməniz üçün qanun etdi. Ey Peyğəmbər! Səhabələrin səndən yetimə baxmaq və onlarla necə rəftar etmək barəsində soruşurlar? Səndən: Yetimələrə pul xərclədikdə, onları yedizdirdikdə və onlar üçün yaşayış yeri təmin etdikdə onların mallarını öz mallarına qatsınlarmı -deyə soruşurlar? Onlara cavab olaraq de: "Yetimlərin malını qorumaq məqsədi ilə onlardan heç bir əvəz almadan, yaxud onların malını öz mallarınıza qatmadan çoxaltsanız, onların malını qorumağınız sizin üçün Allah yanında daha xeyirlidir və daha böyük savabdır". Əgər onların malını məişət, yaşayış yeri kimi və s. buna oxşar şeylərdə öz malınıza qatsanız, sizə günah olmaz, onlar sizin qardaşlarınızdır, qardaşlar isə biri-birinə kömək edər və biri-birinin ehtiyacını ödəyər. Allah, yetimə himayədarliq edən kimsələrdən yetimin malına şərik olub onların malını zay edənləri də, onlara yaxşılıq edənləri də bilir. Əgər Allah yetimlərin malına görə sizi çətinləşdirmək istəsəydi, əlbəttə ki, çətinləşdirərdi. Lakin uca və pak olan Allah sizə yetimlərlə davranmaq yolunu asanlaşdırmışdır, çünki Allahın şəriəti asanlıq üzərində bina edilmişdir. Həqiqətən, Allah qüdrətlidir heç kim Ona qələbə çala bilməz və O, xəlq etməyində, işlərində və şəriətində hikmətlidir.