Al-Baqarah surəsi, ayə 191

2:191

وَٱقۡتُلُوهُمۡ حَيۡثُ ثَقِفۡتُمُوهُمۡ وَأَخۡرِجُوهُم مِّنۡ حَيۡثُ أَخۡرَجُوكُمۡۚ وَٱلۡفِتۡنَةُ أَشَدُّ مِنَ ٱلۡقَتۡلِۚ وَلَا تُقَٰتِلُوهُمۡ عِندَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ حَتَّىٰ يُقَٰتِلُوكُمۡ فِيهِۖ فَإِن قَٰتَلُوكُمۡ فَٱقۡتُلُوهُمۡۗ كَذَٰلِكَ جَزَآءُ ٱلۡكَٰفِرِينَ ١٩١

Waqtulūhum haythu thaqiftumūhum wa akhrijūhum min haythu akhrajūkum wal-fitnatu ashaddu minal-qatli walā tuqātilūhum 'indal-masjidil-harāmi hattā yuqātilūkum fīhi fa in qātalūkum faqtulūhum kadhālika jazā'ul-kāfirīn

Onları (müşrikləri) harada yaxalasanız öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın! Fitnə qətldən daha pisdir. Onlar sizə qarşı Məscidulharamın yanında vuruşmayınca, siz də onlara qarşı orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, (bu zaman) onları öldürün. Kafirlərin cəzası belədir.

Təfsir

Onlara harada rast gəlsəniz, öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın. Bu yer Məkkədir. Möminləri Allaha ibadət etməyə mane olub və onları yenidən küfrə qayıtmaları üçün onlara əzab-əziyyət vermək insan qətlə yetirməkdən də daha pisdir. Onlar sizinlə Məscidulharamın yanında döyüşə başlamayınca, siz də Məscidulharama təzim əlaməti olaraq onlarla orada döyüşə başlamayın. Əgər sizinlə Məscidulharamda döyüşə başlayarlarsa vuruşsalar, bu zaman onları öldürün. Belə bir cəza - bu, onların Məscidulharamda həddlərini aşdığına görə onları öldürməkdir - kafirlərin cəzası olur.