۞ يَسۡـَٔلُونَكَ عَنِ ٱلۡأَهِلَّةِۖ قُلۡ هِيَ مَوَٰقِيتُ لِلنَّاسِ وَٱلۡحَجِّۗ وَلَيۡسَ ٱلۡبِرُّ بِأَن تَأۡتُواْ ٱلۡبُيُوتَ مِن ظُهُورِهَا وَلَٰكِنَّ ٱلۡبِرَّ مَنِ ٱتَّقَىٰۗ وَأۡتُواْ ٱلۡبُيُوتَ مِنۡ أَبۡوَٰبِهَاۚ وَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ١٨٩
Yas'alūnaka 'anil-ahillati qul hiya mawāqītu lin-nāsi wal-hajji walaysal-birru bi an ta'tul-buyūta min zuhūrihā walākinnal-birra manit-taqā wa tul-buyūta min abwābihā wattaqullāha la'allakum tuflihūn
Səndən yeni doğan aylar barəsində soruşurlar. De: “Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir.” Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl deyildir. Lakin yaxşı əməl sahibi Allahdan qorxan kəsdir. Evlərə qapılarından daxil olun! Allahdan qorxun ki, bəlkə nicat tapasınız.
Təfsir
Ey Peyğımbər! Səndən yeni doğan ayların yaranması və bu ayların dəyişməsi barəsində soruşurlar. Sən onlara cavab olaraq bunun hikməti haqqda belə de: "Bunlar insanlar üçün vaxt ölçüləridir, onlar bu aylar vasitəsi ilə hacc aylarının və orucun vaxtını, zəkatın bir ilin tamam olmasını kimi ibadət vaxtlarını və müamələ məsələlərində də qanbahası vermək və borcu qayramaq kimi müəyyən etdikləri vaxtları bilirlər". Həcc və ya ömrə ehram libasında olduqda -Cahiliyyət dövründə düşündüyünüz kimi- evlərə arxa tərəfdən daxil olmaq heç də yaxşı və xeyir əməl deyildir. Lakin həqiqi yaxşı əməl sahibi Allahdan gizlidə və aşkarda qorxan insandır. Evlərə qapılarından daxil olumaq sizin üçün daha rahatdır və məşəqqətdən uzaqdır. Çünki Allah sizi, çətin və məşəqqətli işlərtlə mükəlləf etməmişdir. Saleh əməl edərək özünüzlə Allahın əzabı arasında sipər edin. Belə etsəniz bəlkə istədiyinizə nail olmaqla və qorxduqunuzdan nicat tapmaqla xoşbəxt olarsınız.