إِنَّ فِي خَلۡقِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱخۡتِلَٰفِ ٱلَّيۡلِ وَٱلنَّهَارِ وَٱلۡفُلۡكِ ٱلَّتِي تَجۡرِي فِي ٱلۡبَحۡرِ بِمَا يَنفَعُ ٱلنَّاسَ وَمَآ أَنزَلَ ٱللَّهُ مِنَ ٱلسَّمَآءِ مِن مَّآءٖ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَا وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٖ وَتَصۡرِيفِ ٱلرِّيَٰحِ وَٱلسَّحَابِ ٱلۡمُسَخَّرِ بَيۡنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَعۡقِلُونَ ١٦٤
Inna fī khalqis-samāwāti wal-ardi wakhtilāfil-layli wan-nahāri wal-fulkil-latī tajrī fil-bahri bimā yanfa'un-nāsa wamā anzalallāhu minas-samā'i mim mā'in fa ahyā bihil-arda ba'da mawtihā wabattha fīhā min kulli dābbatin watasrīfir-riyāhi was-sahābil-musakkhari baynas-samā'i wal-ardi la'āyātil liqawmin ya'qilūn
Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə (yüklənmiş halda) dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, (Onun) növbənöv heyvanları (yer üzünə) yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır.
Təfsir
Həqiqətən, göylərin və yerin və onların arasında olan təəccüblü məxluqların yaradılmasında, gecə ilə gündüzün bir-birini ardınca əvəz etməsində, içərisində: yemək, paltar, ticarət malları və s. insanlar üçün mənfəətli şeylər olan gəmilərin dəniz sularında üzməsində, Allahın göydən yağmur yağdıraraq yer üzünü yenidən dirildib orada bitki bitirməsində, müxtəlif növ məxluqatın yer üzünün hər bir tərəfinə yaymasında, küləklərin bir tərəfdən başqa bir tərəfə istiqamətini dəyişməsində və göylə yer arasında ram edilmiş buludların bir səmtdən başqa səmtə döndərilməsində başa düşən, ağıl sahibləri üçün Allahın təkliyinə dəlalət edən açıq-aydın əlamətlər vardır.