Al-Baqarah surəsi, ayə 162

2:162

خَٰلِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنۡهُمُ ٱلۡعَذَابُ وَلَا هُمۡ يُنظَرُونَ ١٦٢

Khālidīna fīhā lā yukhaffafu 'anhumul-'adhābu walā hum yunzarūn

Onlar bu (lənətin) içərisində həmişəlik qalarlar. Onların əzabı yüngülləşdirilməz və onlara möhlət də verilməz.

Təfsir

Onlar daima bu lənətin içərisində qalacaqlar. Onların əzabı bir gündə olsa belə yüngülləşdirilməyəcək və onlara Qiyamət günü möhlət də verilməyəcəkdir.