Al-Baqarah surəsi, ayə 154

2:154

وَلَا تَقُولُواْ لِمَن يُقۡتَلُ فِي سَبِيلِ ٱللَّهِ أَمۡوَٰتُۢۚ بَلۡ أَحۡيَآءٞ وَلَٰكِن لَّا تَشۡعُرُونَ ١٥٤

Walā taqūlū liman yuqtalu fī sabīlillāhi amwātu bal ahyā'un walākil lā tash'urūn

Allah yolunda öldürülənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, (onlar) diridirlər, lakin siz (bunu) hiss etmirsiniz.

Təfsir

Ey Möminlər! Allah yolunda cihadda öldürülənlərə: "Onlar ölüdürlər, onlar da başqaları kimi öldülər deməyin". Əksinə, onlar Rəbbləri yanında diridirlər, lakin siz onların həyatını dərk etmirsiniz. Çünki onlar, xüsusi bir həyatda yaşayırlar, onların sürdükləri həyatı bilmək isə yalnız uca Allahdan vəhy vasitəsi ilə mümkündür.