يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱسۡتَعِينُواْ بِٱلصَّبۡرِ وَٱلصَّلَوٰةِۚ إِنَّ ٱللَّهَ مَعَ ٱلصَّٰبِرِينَ ١٥٣
Yā'ayyuhal-ladhīna āmanusta'īnū bis-sabri was-salawāti innallāha ma'as-sābirīn
Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir!
Təfsir
Ey iman gətirənlər! Mənə itaət etmək və əmrimə təslim olmaq üçün, səbir və namazla Allahdan kömək diləyin. Çünki Allah səbir edənlərlədir. Belə ki, onları müvəffəq edər və onlara yardımçı olar.