ٱللَّهُ يَسۡتَهۡزِئُ بِهِمۡ وَيَمُدُّهُمۡ فِي طُغۡيَٰنِهِمۡ يَعۡمَهُونَ ١٥
Allāhu yastahzi'u bihim wayamudduhum fī tughyānihim ya'mahūn
Allah da, onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, öz zəlalətləri icində şaşqın qalarlar.
Təfsir
Münafiqlərin möminlərə istehza etmələrinin cəzası olaraq Allah da onlara estehza edər. Elə buna görə də münafiqlər ilə dünyada musəlman kimi rəftar edilir. Amma axirətdə onlara dünyada ikən etdikləri küfür və nifaqa görə əzab veriləcəkdir. Allah həmçinin, münafiqlərin zəlalət və azğınlıqlarını artırmaq və onların heyrət və çaşqınlıq içərisndə qalmaları üçün bu dünyada əzablarını gecikdirər.