وَلَئِنۡ أَتَيۡتَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ بِكُلِّ ءَايَةٖ مَّا تَبِعُواْ قِبۡلَتَكَۚ وَمَآ أَنتَ بِتَابِعٖ قِبۡلَتَهُمۡۚ وَمَا بَعۡضُهُم بِتَابِعٖ قِبۡلَةَ بَعۡضٖۚ وَلَئِنِ ٱتَّبَعۡتَ أَهۡوَآءَهُم مِّنۢ بَعۡدِ مَا جَآءَكَ مِنَ ٱلۡعِلۡمِ إِنَّكَ إِذٗا لَّمِنَ ٱلظَّٰلِمِينَ ١٤٥
Wala'in ataytal-ladhīna ūtul-kitāba bikulli āyatim mā tabi'ū qiblataka wamā anta bitābi'in qiblatahum wamā ba'duhum bitābi'in qiblata ba'din wala'init-taba'ta ahwā'ahum mim ba'di mā jā'aka minal-'ilmi innaka idhal laminaz-zālimīn
Kitab verilənlərə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə üz tutmazlar. Sən də, onların qibləsinə üz tutan deyilsən. Onların özləri də bir-birlərinin qibləsinə üz tutan deyillər. Əgər sənə gələn elmdən sonra onların istəklərinə tabe olasn, onda sən də, heç şübhəsiz ki, zalımlardan olarsan.
Təfsir
Ey Peyğəmbər! Allaha and olsun ki, özlərinə kitab verilmiş yəhudi və nəsranilərə qiblənin Beytülmüqəddəsdən Kəbəyə tərəf çevirilməsnin haqq olduğuna dair bütün açıq-aydın dəlillər gətirsən də, yenə də onlar sənin gətirdiyin dinə inadkarlıq edərək heç vaxt sənin qiblənə tərəf üzlərini çevirməzlər. Allah sənin də üzünü onların qibləsinədən çevirdikdən sonra heç vaxt sən, ora üzünü çevirən deyilsən. Onlar bir-birilərini kafir hesab etdikləri üçün hətta özləri də bir-birinin qibləsinə üzlərini çevirməzlər. Əgər sənə, sənə gələn və səhihliyində heç bir şəkk-şübhəyə yer olmayan elmdən sonra onların dininə tabe olub və onların üz tutduqları qibləyə üz tutsan o zaman sən də, şübhəsiz ki, doğru yolu tərk edib, onların havasına uyduğun üçün zalımlardan sayılarsan! Uca Allahın Peyğəmbərinə (sallallahu aleyhi və səlləm) etdiyi bu xitabı, yəhudi və nəsranilərin ardınca getməyin necə də çirkin bir əməl olduğuna dəlalət edir. Şübhə yoxdur ki, Allah Peyğəmbərini (sallallahu aleyhi və səlləm) onlara tabe olmaqdan qorumuşdur, amma bu, Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) sonra gələn ümmətini onların ardınca getməkdən çəkindirmək üçündür.