Al-Baqarah surəsi, ayə 146

2:146

ٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَعۡرِفُونَهُۥ كَمَا يَعۡرِفُونَ أَبۡنَآءَهُمۡۖ وَإِنَّ فَرِيقٗا مِّنۡهُمۡ لَيَكۡتُمُونَ ٱلۡحَقَّ وَهُمۡ يَعۡلَمُونَ ١٤٦

Alladhīna ātaynāhumul-kitāba ya'rifūnahū kamā ya'rifūna abnā'ahum wa inna farīqam minhum layaktumūnal-haqqa wahum ya'lamūn

Kitab verdiyimiz kəslər Peyğəmbəri öz oğullarını tanıdıqları kimi tanıyırlar. Buna rəğmən onlardan bir dəstə bilə-bilə haqqı gizlədir.

Təfsir

Kitab verdiyimiz yəhudi və nəsrani alimləri öz oğullarını başqalarından ayırd edib, tanıyıb bildikləri kimi qiblənin də dəyişməsini Muhəmmədin (sallallahu aleyhi və səlləm) peyğəmbərlik əlamətindən olduğunu bilirlər. Bununla belə onların bir qismi, onlara haqq gəldikdən sonra qəlblərindəki həsədə görə onu gizlədirlər. Halbuki onlar bunun haqq olduğunu bilirlər.