أَوَكُلَّمَا عَٰهَدُواْ عَهۡدٗا نَّبَذَهُۥ فَرِيقٞ مِّنۡهُمۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يُؤۡمِنُونَ ١٠٠
Awakullamā 'āhadū 'ahdan nabadhahū farīqum minhum bal aktharuhum lā yu'minūn
Onlar hər dəfə əhd bağladıqda, içərilərindən bir dəstə onu pozmadımı? Doğrusu, onların çoxu (buna) iman gətirməz.
Təfsir
Yəhudilərin pis halına bir nümunə də hər dəfə onlardan əhd aldıqda onların bir qisminin bu əhdi pozmasıdır. Buna misallardan biri də Tövratda Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) peyğəmbərliyinə iman etmələri haqda əhdi pozmalarıdır. Əksinə yəhudilərin çoxu Uca Allahın nazil etdiyinə həqiqi iman etmirlər, çünki həqiqi iman insanı əhdə vəfalı olmağa sövq etdirər.