وَإِن كَانَ طَآئِفَةٞ مِّنكُمۡ ءَامَنُواْ بِٱلَّذِيٓ أُرۡسِلۡتُ بِهِۦ وَطَآئِفَةٞ لَّمۡ يُؤۡمِنُواْ فَٱصۡبِرُواْ حَتَّىٰ يَحۡكُمَ ٱللَّهُ بَيۡنَنَاۚ وَهُوَ خَيۡرُ ٱلۡحَٰكِمِينَ ٨٧
Wa in kāna tā'ifatum minkum āmanū billadhī ursiltu bihī watā'ifatul lam yu'minū fasbirū hattā yahkumallāhu baynanā wahuwa khayrul-hākimīn
Əgər aranızdan olan bir dəstəniz mənimlə göndərilənə inanmış, bir dəstəniz isə inanmamışsa, (Elə isə) Allah aramızda hökm verənədək səbir edin. O, hökm verənlərin ən yaxşısıdır”.
Təfsir
Əgər aranızdan olan bir camaat Rəbbimdən təbliğ etdiyimə inanmış, bir camaatınız isə buna inanmamışsa, elə isə ey yalan hesab edən kimsələr! Allah aramızda hökm verənədək gözləyin. Çünki O, hökm verənlərin ən yaxşısı və ən ədalətlisidir.