وَلَا تَقۡعُدُواْ بِكُلِّ صِرَٰطٖ تُوعِدُونَ وَتَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ مَنۡ ءَامَنَ بِهِۦ وَتَبۡغُونَهَا عِوَجٗاۚ وَٱذۡكُرُوٓاْ إِذۡ كُنتُمۡ قَلِيلٗا فَكَثَّرَكُمۡۖ وَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُفۡسِدِينَ ٨٦
Walā taq'udū bikulli sirātin tū'idūna watasuddūna 'an sabīlillāhi man āmana bihī watabghūnahā 'iwajan wadhkurū idh kuntum qalīlan fakattharakum wanzurū kayfa kāna 'āqibatul-mufsidīn
Hər yolun başında oturub Allaha iman gətirənləri hədələyib Onun yolundan azdırmayın və onu (Allah yolunu) əyri göstərməyə çalışmayın. Xatırlayın ki, siz az idiniz, O sizi çoxaltdı. Bir görün fitnə-fəsad törədənlərin aqibəti necə oldu.
Təfsir
Hər yolun başında oturub, yoldan ötən insanları hədələyib mallarını mənimsəməyin. İnsanların Allahın yoluna gəlməməsi üçün bu yolu onlara əyri göstərərək, Allahın dinini qəbul etmək istəyənləri dinindən sapdırmayın. Allaha şükür etməniz üçün Onun sizə bəxş etdiyi nemətlərini xatırlayın. Sayınız az idiniz, O sizi çoxaltdı. Yer üzündə sizdən öncə fəsad törədənlərin aqibətlərinin necə olduğunu bir düşünün. Onların aqibəti, özlərinin məhv olması ilə sona çatdı.