أُبَلِّغُكُمۡ رِسَٰلَٰتِ رَبِّي وَأَنصَحُ لَكُمۡ وَأَعۡلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ ٦٢
Uballighukum risālāti rabbī wa ansahu lakum wa a'lamu minallāhi mā lā ta'lamūn
Mən, Rəbbimin mənə vəhy etdiklərini sizə təbliğ edir və sizə öyüd-nəsihət verirəm. Allahdan (gələn vəhy sayəsində) sizin bilmədiklərinizi bilirəm.
Təfsir
Mən, Allahın mənə vəhy edərək sizə göndərdiyi dini sizə təbliğ edir, sizi Allahın əmrlərini yerinə yetirib, savab qazanmanıza təşviq etdirib və Onun əmrlərinə müxalif olub, günah qazanmaqdan çəkindirərək sizə xeyir istəyirəm. Allahdan mənə gələn vəhy sayəsində sizin bilmədiklərinizi bilirəm.