إِنَّ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَٱسۡتَكۡبَرُواْ عَنۡهَا لَا تُفَتَّحُ لَهُمۡ أَبۡوَٰبُ ٱلسَّمَآءِ وَلَا يَدۡخُلُونَ ٱلۡجَنَّةَ حَتَّىٰ يَلِجَ ٱلۡجَمَلُ فِي سَمِّ ٱلۡخِيَاطِۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُجۡرِمِينَ ٤٠
Innal-ladhīna kaddhabū bi'āyātinā wastakbarū 'anhā lā tufattahu lahum abwābus-samā'i walā yadkhulūnal-jannata hattā yalijal-jamalu fī sammil-khiyāti wakadhālika najzil-mujrimīn
Şübhəsiz ki, ayələrimizi yalan sayanlara və təkəbbürlüklə onlardan üz çevirənlərə göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincəyə qədər onlar Cənnətə girməyəcəklər. Biz günahkarları belə cəzalandırırıq.
Təfsir
Şübhəsiz ki, aşıq-aydın ayələrimizi yalan sayanlara, onlara boyun əyməkdən təkəbbürlüklə yanaşan və hər bir xeyirdən ümüdlərini kəsən kimsələrə öldükləri zaman küfürləri səbəbindən həm əməlləri üçün həm də ki, ruhlarının səmaya qalxması üçün göyün qapıları açılmayacaq və dəvə - o, ən böyük heyvanlardan biridir - əşyaların ən darı həcmlisi olan iynənin dəliyindən keçməyincə onlar heç vaxt Cənnətə girməyəcəklər. Bu, qeyri-mümkün olan bir işdir, çünki onların Cənnətə girmələri üçün qoyulan şərt, həyata keçməsi mümkün deyildir. Allah günahları çox olan kimsəni belə bir cəza ilə cəzalandıracaqdır.