Al-A'raf surəsi, ayə 39

7:39

وَقَالَتۡ أُولَىٰهُمۡ لِأُخۡرَىٰهُمۡ فَمَا كَانَ لَكُمۡ عَلَيۡنَا مِن فَضۡلٖ فَذُوقُواْ ٱلۡعَذَابَ بِمَا كُنتُمۡ تَكۡسِبُونَ ٣٩

Waqālat ūlāhum li ukhrāhum famā kāna lakum 'alaynā min fadlin fadhūqul-'adhāba bimā kuntum taksibūn

Əvvəlkilər sonrakılara deyəcəklər: “Sizin bizim üzərimizdə heç bir üstünlüyünüz yoxdur. Elə isə qazandıqlarınıza görə dadın əzabı!”

Təfsir

Tabe olunan başçılar onların ardınca gələnlərə de­­yə­cək­lər: "Ey Bizim ardımızca gələn kimsələr! Əzabı sizdən yüngülləşdirmək üçün sizin bizim üzə­ri­miz­də heç bir üs­tün­lüyünüz olma­yıb. Əsas sizin etdiyiniz əməllərdir. Öz istəyinizə tabe olduğunuza görə sizin bu gün üzür gətirmək üçün heç bir haqqınız yoxdur. Ey bizə tabe olanlar! Elə isə qazandığınız küfr və günah əməllərə görə bizim daddığımız əzabı siz də da­dın!"