Al-A'raf surəsi, ayə 189

7:189

۞ هُوَ ٱلَّذِي خَلَقَكُم مِّن نَّفۡسٖ وَٰحِدَةٖ وَجَعَلَ مِنۡهَا زَوۡجَهَا لِيَسۡكُنَ إِلَيۡهَاۖ فَلَمَّا تَغَشَّىٰهَا حَمَلَتۡ حَمۡلًا خَفِيفٗا فَمَرَّتۡ بِهِۦۖ فَلَمَّآ أَثۡقَلَت دَّعَوَا ٱللَّهَ رَبَّهُمَا لَئِنۡ ءَاتَيۡتَنَا صَٰلِحٗا لَّنَكُونَنَّ مِنَ ٱلشَّٰكِرِينَ ١٨٩

Huwal-ladhī khalaqakum min nafsin wāhidatin waja'ala minhā zawjahā liyaskuna ilayhā falammā taghasshāhā hamalat hamlan khafīfan famarrat bihī falammā athqalad da'awallāha rabbahumā la in ātaytanā sālihal lanakūnanna minash-shākirīn

Sizi tək bir nəfsdən (Adəmdən) xəlq edən, ünsiyyət bağlayıb rahatlıq tapsın deyə ondan (Adəmdən) onun zövcəsini yaradan Odur. (Adəm) zövcəsini ağuşuna aldıqda o, yüngül bir yüklə yükləndi (hamilə qaldı) və (bir müddət) onu (bətnində) daşıdı. (Həvva) ağırlaşdığı zaman hər ikisi də Rəbbi olan Allaha: “Əgər bizə sağlam bir övlad versən, əlbəttə, şükür edənlərdən olarıq”– (deyə) dua etdilər.

Təfsir

Ey kişi və qadınlar! Sizi tək bir candan, Adəmdən - aleyhissəlam -, Adəmdən də - aleyhissəlam - onun zöv­cəs Həvvanı yaradan Odur. Allah Həvvanı Adəm onunla ünsiyyət bağlayıb, rahatlıq tapsın deyə onun qabırğasından yaratdı. Adəm zöv­cəsinə yaxınlıq etdikdə, zövcəsi yün­gül bir yüklə yükləndib ha­milə qal­dı. Hamiləliyin ilkin vaxtı olduğu üçün heç özüdə bunu hiss etmədi. Həvva bir müddət ağırlıq hiss etmədən onu bətnində gəzdir­di. Bətnindəki körpəsi böyüyüb, ağır­laşdığı za­man hər ikisidə: "Ey Rəbbimiz! Əgər Sən bizə bütün əzaları sağlam bir övlad ver­sən, əlbəttə, Sənin nemətlərinə şükür edən­lərdən ola­rıq" – deyə Allaha dua etdilər.