Al-A'raf surəsi, ayə 162

7:162

فَبَدَّلَ ٱلَّذِينَ ظَلَمُواْ مِنۡهُمۡ قَوۡلًا غَيۡرَ ٱلَّذِي قِيلَ لَهُمۡ فَأَرۡسَلۡنَا عَلَيۡهِمۡ رِجۡزٗا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُواْ يَظۡلِمُونَ ١٦٢

Fabaddalal-ladhīna zalamū minhum qawlan ghayral-ladhī qīla lahum fa arsalnā 'alayhim rijzam minas-samā'i bimā kānū yazlimūn

Onlardan nəfslərinə zülm edənlər özlərinə deyilən (həmin) sözü başqa bir söz ilə dəyişdilər. Biz də etdikləri zülmə görə onlara göydən əzab göndərdik.

Təfsir

Onlardan özlərinə zülm edənlər onlara əmr olunan sözü dəyişib, Allahdan bağışlanma istəmək əvəzinə: "Sünbülün üstündəki buğda"– dedilər. Onlara əmr olunan əməli də başqa bir əməllə dəyişib, (şəhərə) Allaha təslim olub, boyunlarını əyərək daxil olmaq əvəzinə, əksinə, yanları üstə sürünə-sürünə daxil oldular. Biz də onların etdikləri zülmə görə onların üzərinə göydən şiddətli əzab göndərdik.