Al-'Ankabut surəsi, ayə 59

29:59

ٱلَّذِينَ صَبَرُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ ٥٩

Alladhīna sabarū wa'alā rabbihim yatawakkalūn

Onlar, səbir edən və yalnız Rəbbinə təvəkkül edən kimsələrdir.

Təfsir

Allaha itaət edərkən və Ona asi olan əməllərdən çəkinərkən səbir edən, üstəlik, bütün işlərində yalnız Rəbbinə təvəkkül edən kimsələrin mükafatı necə də gö­zəl­dir!