Al-'Ankabut surəsi, ayə 38

29:38

وَعَادٗا وَثَمُودَاْ وَقَد تَّبَيَّنَ لَكُم مِّن مَّسَٰكِنِهِمۡۖ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ فَصَدَّهُمۡ عَنِ ٱلسَّبِيلِ وَكَانُواْ مُسۡتَبۡصِرِينَ ٣٨

Wa'ādan wathamūda waqat tabayyana lakum mim masākinihim wazayyana lahumush-shaytānu a'mālahum fasaddahum 'anis-sabīli wakānū mustabsirīn

Ad və Səmud (qövmünü də məhv etdik). Bu, onların məskənlərindən sizə bəllidir. Şeytan onlara etdikləri əməlləri gözəl göstərib onları haqq yoldan çıxartdı. Halbuki onlar bəsirət sahibi idilər.

Təfsir

Biz həmçinin, Hud qövmü Adı və Saleh qövmü Səmudu da məhv etdik. Ey Məkkə əhli! Hicrdə və Hədrəmövtdəki Şəhr diyarında onların həlak olduqlarını göstərən məskən­ləri si­zə açıq-aydın bəllidir. Boş qalmış yurdları da buna şahidir. Şeytan onlara etdikləri küfr və s. günah əməlləri gözəl göstə­rib, onları doğru yoldan azdırdı. Halbuki onlar, peyğəmbərlərinin özlərinə öyrətdiklərindən - haqqı zəlalətdən, doğrunu isə azğınlıqdan ayıra bilən kimsələr idilər. Lakin onlar nəfslərinin istəklərinə tabe olmağı, haqqa tabe olmaqdan üstün tutdullar.