وَقَٰرُونَ وَفِرۡعَوۡنَ وَهَٰمَٰنَۖ وَلَقَدۡ جَآءَهُم مُّوسَىٰ بِٱلۡبَيِّنَٰتِ فَٱسۡتَكۡبَرُواْ فِي ٱلۡأَرۡضِ وَمَا كَانُواْ سَٰبِقِينَ ٣٩
Waqārūna wafir'awna wahāmāna walaqad jā'ahum mūsā bil-bayyināti fastakbarū fil-ardi wamā kānū sābiqīn
Qarunu, Fironu və Hamanı da (məhv etdik). Həqiqətən, Musa onlara aydın dəlillər gətirdi. Onlar isə yer üzündə təkəbbürlük etdilər və (sonda əzabımızdan) qaça bilmədilər.
Təfsir
Qarun, Musaya qarşı həddinı aşdıq da onu evi ilə birgə yerin dibinə batıraraq həlak etdk, Fironu və vəziri olan Hamanı da dənizdə boğaraq məhv etdik. Musa onlara özünün həqiqətən də, Allah tərəfindən göndərilən bir peyğəmbər olduğuna dəlalət edən açıq-aydın dəlillər gətirdikdən sonra onlar Misir torpaqlarında təkəbbürlük göstərərək ona iman etməkdən boyun qaçırdılar, lakin əzabımızdan qaçıb canlarını qurtara bilmədilər.