فَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُواْ ٱقۡتُلُوهُ أَوۡ حَرِّقُوهُ فَأَنجَىٰهُ ٱللَّهُ مِنَ ٱلنَّارِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ٢٤
Famā kāna jawāba qawmihī illā an qāluqtulūhu aw harriqūhu fa anjāhullāhu minan-nāri inna fī dhālika la'āyātil liqawmin yu'minūn
Qövmünün cavabı isə ancaq: “Ya onu öldürün, ya da yandırın!”– demələri oldu. Lakin Allah onu oddan qorudu. Şübhəsiz ki, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır.
Təfsir
İbrahim - aleyhissəlam - qövmünə tək Allaha ibadət etmələrini və Ondan başqa ibadət etdikləri bütləri isə tərk etmələrini əmr etdikdən sonra, qövmünün ona cavabı ancaq: "İlahlarınıza yardımçı olmaq üçün ya onu öldürün, ya da onu oda atın!" – deməkdən başqa bir şey olmadı. Lakin Allah onu oddan qorudu. Doğrudan da, onların İbrahimi odun içinə atdıqdan sonra onu odun içindən sağ-salamat çıxarmasında mömin qövm üçün bir ibrətlər var!