وَلَيَحۡمِلُنَّ أَثۡقَالَهُمۡ وَأَثۡقَالٗا مَّعَ أَثۡقَالِهِمۡۖ وَلَيُسۡـَٔلُنَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عَمَّا كَانُواْ يَفۡتَرُونَ ١٣
Walayahmilunna athqālahum wa athqālam ma'a athqālihim walayus'alunna yawmal-qiyāmati 'ammā kānū yaftarūn
Onlar həm öz (günah) yüklərini və həm də onlarla yanaşı, neçə-neçə yükü də daşıyacaqlar. Qiyamət günü onlar uydurduqları şeylər barəsində mütləq sorğu-suala çəkiləcəklər.
Təfsir
Öz batil əməllərinə çağıran o müşriklər, etdikləri günah yükünü daşıdıaqları kimi, onlara tabe olanların günah yükündən heç bir şey əksildilmədən, onların çağırışına icabət edən kimsələrin günah yükünü də daşıyacaqlar. Qiyamət günü onlar, dünya da ikən özlərindən uydurduqları şeylər barəsində mütləq sorğu-suala çəkiləcəklər!