وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلَّذِينَ ءَامَنُواْ ٱتَّبِعُواْ سَبِيلَنَا وَلۡنَحۡمِلۡ خَطَٰيَٰكُمۡ وَمَا هُم بِحَٰمِلِينَ مِنۡ خَطَٰيَٰهُم مِّن شَيۡءٍۖ إِنَّهُمۡ لَكَٰذِبُونَ ١٢
Waqālal-ladhīna kafarū lilladhīna āmanut-tabi'ū sabīlanā walnahmil khatāyākum wamā hum bihāmilīna min khatāyāhum min shay'in innahum lakādhibūn
Kafirlər möminlərə: “Bizim yolumuzla gedin ki, günahlarınızı öz üzərimizə götürək”– deyirlər. Halbuki onların heç biri heç kimin günahını öz üzərinə götürən deyildir. Şübhəsiz ki, onlar yalançıdırlar.
Təfsir
Kafirlər, tək Allaha iman edən möminlərə: "Bizim dinimizə tabe olun və bizim yolumuzla gedin ki, biz də sizin günahlarınızı öz üzərimizə götürək və etdiyiniz əməllərə görə biz cavabdeh olaq"– deyirlər. Halbuki onların heç biri heç kimin günahının öz üzərlərinə götürən deyildir. Onlar söylədikləri bu sözlərində sadəcə olaraq yalan danışırlar.