وَأَعِدُّواْ لَهُم مَّا ٱسۡتَطَعۡتُم مِّن قُوَّةٖ وَمِن رِّبَاطِ ٱلۡخَيۡلِ تُرۡهِبُونَ بِهِۦ عَدُوَّ ٱللَّهِ وَعَدُوَّكُمۡ وَءَاخَرِينَ مِن دُونِهِمۡ لَا تَعۡلَمُونَهُمُ ٱللَّهُ يَعۡلَمُهُمۡۚ وَمَا تُنفِقُواْ مِن شَيۡءٖ فِي سَبِيلِ ٱللَّهِ يُوَفَّ إِلَيۡكُمۡ وَأَنتُمۡ لَا تُظۡلَمُونَ ٦٠
Wa a'iddū lahum mastata'tum min quwwatin wamir ribātil-khayli turhibūna bihī 'aduwwallāhi wa'aduwwakum wa ākharīna min dūnihim lā ta'lamūnahumullāhu ya'lamuhum wamā tunfiqū min shay'in fī sabīlillāhi yuwaffa ilaykum wa antum lā tuzlamūn
(Ey möminlər) Düşmənlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla (həm) Allahın düşmənini, (həm də) öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxudasınız. Allah yolunda nə xərcləsəniz, onun əvəzi sizə tam ödənilər və sizə zülm edilməz.
Təfsir
Ey möminlər! Atıcılıqla və s. bu kimi şeylərlə düşmənlərə qarşı bacardığınız qədər qoşun və qüvvə hazırlayın. Onlarla döyüşə Allah yolunda bəsləyib saxladığınız döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, kafirlərdən sizə müsibət gəlməsini gözləyən öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz və həmçinin qəlblərində sizə qarşı düşmənçilik gizlətdiklərini bilmədiyiniz düşmənlərinizi qorxudasınız. Siz onları tanımasanızda lakin Allah onların daha yaxşı tanıyır və onların kim olduğunu və qəlblərində sizə qarşı nə gizlətdiklərini daha yaxşı bilir. Allah yolunda az və ya çox olmasından aslı olmayaraq nə xərcləsəniz, Allah sizə dünya həyatında onun əvəzini, axirət həyatında isə sizə kamil savab bəxş edər. Elə isə malınızı Allah yolunda xərcləməyə tələsin!