فَإِمَّا تَثۡقَفَنَّهُمۡ فِي ٱلۡحَرۡبِ فَشَرِّدۡ بِهِم مَّنۡ خَلۡفَهُمۡ لَعَلَّهُمۡ يَذَّكَّرُونَ ٥٧
Fa immā tathqafannahum fil-harbi fasharrid bihim man khalfahum la'allahum yaddhakkarūn
Əgər döyüşdə onları yaxalasan, onları cəzalandırmaqla arxalarında olan kimsələri də (qorxudaraq) dağıt ki, bəlkə ibrət alsınlar.
Təfsir
Ey Peyğəmbər! Əgər əhdlərini pozan o kimsələri döyüşdə yaxalamış olsan, onları elə cəza ver ki, onu eşidən hər bir kəs bundan ibrət alsın və bir daha nə səninlə müharibə etməyə, nə də ki, sənə qarşı müharibə edənlərlə bir sırada olmağa cürət etməsin.