كَمَآ أَخۡرَجَكَ رَبُّكَ مِنۢ بَيۡتِكَ بِٱلۡحَقِّ وَإِنَّ فَرِيقٗا مِّنَ ٱلۡمُؤۡمِنِينَ لَكَٰرِهُونَ ٥
Kamā akhrajaka rabbuka mim baytika bil-haqqi wa inna farīqam minal-mu'minīna lakārihūn
Rəbbin səni bu minvalla haqq-ədalət uğrunda (Bədrə getmək üçün) evindən çıxartdı. Halbuki (bu), möminlərdən bir dəstənin xoşuna gəlmirdi.
Təfsir
Qənimətlərin bölünməsi barədə öz aranızda ixtilaf etdikdən sonra Uca və Pak olan Allah onun bölgüsünü sizə həvalə etməyib, əksinə, bu işi Allaha və Onun Rəsuluna aid etdiyi kimi. Ey Peyğəmbər! Rəbbin sənə vəhy etdiyi ayələr vasitəsi ilə Mədinədə çıxıb müşriklərlə döyüşə getməyi də əmr etmişdir. Halbuki bu, möminlərdən bir dəstənin xoşuna gəlmirdi.