أُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُؤۡمِنُونَ حَقّٗاۚ لَّهُمۡ دَرَجَٰتٌ عِندَ رَبِّهِمۡ وَمَغۡفِرَةٞ وَرِزۡقٞ كَرِيمٞ ٤
Ulā'ika humul-mu'minūna haqqal lahum darajātun 'inda rabbihim wamaghfiratun warizqun karīm
Məhz onlar həqiqi möminlərdir. Onlar üçün Rəbbi yanında (yüksək) dərəcələr, bağışlanma və bol ruzi vardır.
Təfsir
Məhz bu sifətlərə sahib olan kimsələr, özlərində iman və zahiri İslam xislətlərini cəm etdikləri üçün onlar həqiqi möminlərdir. Onların Rəbbi yanındakı mükafatı yüksək dərəcələr, günahlarının bağışlanması və bolluca ruzidir. Bu, Allahın onlar üçün hazırladığı nemətlərdir.