وَمَا كَانَ صَلَاتُهُمۡ عِندَ ٱلۡبَيۡتِ إِلَّا مُكَآءٗ وَتَصۡدِيَةٗۚ فَذُوقُواْ ٱلۡعَذَابَ بِمَا كُنتُمۡ تَكۡفُرُونَ ٣٥
Wamā kāna salātuhum 'indal-bayti illā mukā'an watasdiyatan fadhūqul-'adhāba bimā kuntum takfurūn
Onların, (müqəddəs) Evin yanındakı ibadətləri fit vermək və əl çalmaqdan başqa bir şey deyildir. Küfr etdiyinizə görə dadın əzabı!
Təfsir
Müşriklərin Məscidulharamın yanındakı ibadətləri fit vermək və əl çalmaqdan başqa bir şey deyildir. Ey Müşriklər! Allaha küfr etdiyinizə və Onun rəsulunu - səllallahu aleyhi və səlləm - yalan saydığınıza görə Bədr döyüşün də ölüm və ya əsir düşməklə dadın əzabı!