وَمَا لَهُمۡ أَلَّا يُعَذِّبَهُمُ ٱللَّهُ وَهُمۡ يَصُدُّونَ عَنِ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ وَمَا كَانُوٓاْ أَوۡلِيَآءَهُۥٓۚ إِنۡ أَوۡلِيَآؤُهُۥٓ إِلَّا ٱلۡمُتَّقُونَ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ٣٤
Wamā lahum allā yu'addhibahumullāhu wahum yasuddūna 'anil-masjidil-harāmi wamā kānū awliyā'ahū in awliyā'uhū illal-muttaqūna walākinna aktharahum lā ya'lamūn
Onlar Məscidulharamın sahibləri olmadıqları halda, möminlərin oraya daxil olmasına mane olduqda Allah nə üçün onlara əzab verməsin? Onun sahibləri (və ya Allahın dostları) yalnız müttəqilərdir. Lakin onların çoxu bunu bilməz.
Təfsir
Onlar insanları Məscidulharama daxil olmağa və orada tavaf etməyə mane olaraq özlərinə əzabın gəlməsini vacib edən əməllər etdikləri bir halda, onlara əzab verməməyə Bizə mane olan nədir?! Müşriklər heç də Allahın övliyaları deyillər, Allahın övliyaları yalnız Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qorxan müttəqilərdir. Lakin müşriklərin əksəriyyəti özlərinin Allahln övliyası olduğunu idda etsələr də, əslin də isə onlar, özlərinin Allahın övliyası olmadığını bilməzlər.