وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا قَالُواْ قَدۡ سَمِعۡنَا لَوۡ نَشَآءُ لَقُلۡنَا مِثۡلَ هَٰذَآ إِنۡ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ٣١
Wa idhā tutlā 'alayhim āyātunā qālū qad sami'nā law nashā'u laqulnā mithla hādhā in hādhā illā asātīrul-awwalīn
Ayələrimiz onlara oxunduğu zaman (belə) deyərlər: “Artıq eşitdik. İstəsək, biz də buna bənzərini deyə bilərik. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir”.
Təfsir
Sən onlara ayələrimizi oxunduğu zaman onlar haqqa qarşı inadkarlıq və təkəbbürlük edərək belə deyərlər: "Artıq biz bundan əvvəl buna oxşarını eşitdik. Əgər istəsək, biz də buna oxşar Quran deyə bilərik. Eşitdiyimiz bu Quran, keçmişdəkilərin uydurmalarından başqa bir şey deyildir, elə buna görə də, biz heç vaxt iman gətirən deyilik" – deyərlər.