وَٱذۡكُرُوٓاْ إِذۡ أَنتُمۡ قَلِيلٞ مُّسۡتَضۡعَفُونَ فِي ٱلۡأَرۡضِ تَخَافُونَ أَن يَتَخَطَّفَكُمُ ٱلنَّاسُ فَـَٔاوَىٰكُمۡ وَأَيَّدَكُم بِنَصۡرِهِۦ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ٢٦
Wadhkurū idh antum qalīlum mustad'afūna fil-ardi takhāfūna an yatakhattafakumun-nāsu fa'āwākum wa ayyadakum binasrihī warazaqakum minat-tayyibāti la'allakum tashkurūn
Yadınıza salın ki, bir zaman siz, yer üzündə (Məkkədə) sayınız az, özünüz isə zəif idiniz. Kafirlərin də sizi ələ keçirəcəyindən qorxurdunuz. Allah sizə (Mədinədə) sığınacaq verdi, sizi Öz köməyi ilə qüvvətləndirdi və sizə pak ruzilərdən (halal qənimətlərdən) verdi ki, bəlkə şükür edəsiniz.
Təfsir
Ey Möminlər! Yadınıza salın ki, siz Məkkədə olduğunuz zaman sayca az idiniz, insanlar sizi zəif sayıb, sizə zülm edirdilər və düşmənləriniz sizi ələ keçirəcəyindən qorxurdunuz. Allah sizə Mədinədə sığınacaq verdi, Bədir döyüşündə sizə düşmənləriniz üzərində qələbə və düşmənlərinizdən əldə etdiyiniz qənimətlər nəsib etdi ki, bəlkə Allahın sizə olan nemətlərinə şükür edəsinz və Allahda bu nemətləri sizə daha da artırsın. Elə isə bu nemətlərə nankorluq etməyin, yoxsa Allah bu nemətləri sizdən alar və sizə əzab verər.