يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَوَلَّوۡاْ عَنۡهُ وَأَنتُمۡ تَسۡمَعُونَ ٢٠
Yā'ayyuhal-ladhīna āmanū atī'ullāha warasūlahū walā tawallaw 'anhu wa antum tasma'ūn
Ey iman gətirənlər! Allaha və Onun Rəsuluna itaət edin, (Quranı və orada olan öyüd-nəsihətləri) eşitdiyiniz halda ondan üz döndərməyin.
Təfsir
Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Allaha və Onun Rəsuluna itaət edin. Allahın ayələri sizə oxunduğunu eşitdiyiniz bir halda, Onun əmrinə müxalif olub, qadağan olunan əməli etməklə Ondan üz çevirməyin.