Al-Anfal surəsi, ayə 1

8:1

يَسۡـَٔلُونَكَ عَنِ ٱلۡأَنفَالِۖ قُلِ ٱلۡأَنفَالُ لِلَّهِ وَٱلرَّسُولِۖ فَٱتَّقُواْ ٱللَّهَ وَأَصۡلِحُواْ ذَاتَ بَيۡنِكُمۡۖ وَأَطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥٓ إِن كُنتُم مُّؤۡمِنِينَ ١

Yas'alūnaka 'anil-anfāli qulil-anfālu lillāhi war-rasūli fattaqullāha wa aslihū dhāta baynikum wa atī'ullāha warasūlahū in kuntum mu'minīn

(Ey Muhamməd!) Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər Allaha və Peyğəmbərə aiddir”. Elə isə Allahdan qorxun və aranızı düzəldin. Əgər möminsinizsə, Allaha və Onun Rəsuluna itaət edin.

Təfsir

Ey Peyğəmbər! Səhabələrin səndən qənimətlərin necə və kimlər arasında bölünməsi barəsində so­ru­şurlar. Ey Peyğəmbər! Onların suallarına cavab olaraq onlara belə de: "Qəni­mət­­lər Alla­h və Onun Rəsulu - sallallahu aleyhi və səlləm - üçündür, qənimətləri bölməyin və paylamağın hökmü Allaha və Rəsuluna - sallallahu aleyhi və səlləm - aiddir, sizin üzərinizə düşən isə Allah və Rəsulunun - sallallahu aleyhi və səlləm - hökmlərinə boyun əyib, tabe olmaqdır". Ey Möminlər! Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Allahdan qor­xun və ara­nız­da­kı düşmənçilik müna­sibət­lərini bir-birinizə qarşı sevği, gözəl əxlaq və əfv etməklə düzəl­din. Əgər həqiqətən də mö­min­si­nizsə, Allaha və Onun Rəsuluna - sallallahu aleyhi və səlləm - itaət edin. Çünki iman, insanı itaətə əməllərə yönəldər və günah əməllərdən çəkindirər. Səhabələrin Peyğəmbərə - sallallahu aleyhi və səlləm - bu sualı, Bədr döyüşü baş verdikdən sonra olmuşdur.