لَوۡ كَانَ هَٰٓؤُلَآءِ ءَالِهَةٗ مَّا وَرَدُوهَاۖ وَكُلّٞ فِيهَا خَٰلِدُونَ ٩٩
Law kāna hā'ulā'i ālihatam mā waradūhā wakullun fīhā khālidūn
Əgər bunlar məbud olsaydılar, ora girməzdilər. Halbuki hamısı orada əbədi qalacaqlar.
Təfsir
Əgər bu ibadət edilən bütlər həqiqi ilahlar olsaydılar, o zaman onlar özlərinə ibadət edənlərlə birgə Cəhənnəmə varid olmazdılar. Allahı qoyub qeyrisinə ibadət edənlərin və ibadət olunanların hər biri Cəhənnəmlikdirlər. Onlar orada əbəd qalacaqlar və əsla oradan çıxmayacaqlar.