وَتَقَطَّعُوٓاْ أَمۡرَهُم بَيۡنَهُمۡۖ كُلٌّ إِلَيۡنَا رَٰجِعُونَ ٩٣
Wataqatta'ū amrahum baynahum kullun ilaynā rāji'ūn
Lakin onlar dini öz aralarında parçalayıb (muvahid, müşrik, kafir və mömin olmaqla) dəstələrə ayrıldılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar.
Təfsir
Lakin insanlar din barəsində ayrılığa düşdülər. Onlardan kimisi töhvid əhli, kimisi müşrik, kimisi kafir, kimisi də mömin oldu. Ayrılığa düşən bütün bu kimsələrin hamısı Qiyamət günü Bizim hüzurumuza qayıdacaqlar. Biz də müvafiq surətdə əməllərinin əvəzini verəcəyik.