قَالُواْ حَرِّقُوهُ وَٱنصُرُوٓاْ ءَالِهَتَكُمۡ إِن كُنتُمۡ فَٰعِلِينَ ٦٨
Qālū harriqūhu wansurū ālihatakum in kuntum fā'ilīn
Onlar dedilər: “Əgər (bir şey) edəcəksinizsə, onu yandırın, ilahlarınıza kömək edin”.
Təfsir
(Nəmrud və ətrafındakılar öz camaatına) İbrahimi dəlil-sübutla məğlub etməkdən aciz qaldıqlarını gördükdə, ona qarşı zor tətbiq edərək belə dedilər: "Parça-parça yerlə yeksan etdiyi bütlərinizə yardım edib, İbrahimə bir cəza vermək istəyirsinizsə, onu atəşdə yandırın!"