قُلۡنَا يَٰنَارُ كُونِي بَرۡدٗا وَسَلَٰمًا عَلَىٰٓ إِبۡرَٰهِيمَ ٦٩
Qulnā yānāru kūnī bardan wasalāman 'alā ibrāhīm
Biz: “Ey od! İbrahim üçün sərin və salamat ol!”– dedik.
Təfsir
Həhayət, onlar böyük bir od qalayıb İbrahimi onun içinə atdılar. Biz bu zaman: "Ey od! İbrahim üçün soyuq və salamat ol!" – dedik. Od da elə ona əmr etdiyimiz kimi oldu və beləliklə, İbrahimə heç bir zərər yetirmədi.