۞ وَلَقَدۡ ءَاتَيۡنَآ إِبۡرَٰهِيمَ رُشۡدَهُۥ مِن قَبۡلُ وَكُنَّا بِهِۦ عَٰلِمِينَ ٥١
Walaqad ātaynā ibrāhīma rushdahū min qablu wakunnā bihī 'ālimīn
Biz daha öncə İbrahimə də doğru bir yol bəxş etmişdik. Biz onu tanıyırdıq.
Təfsir
Biz İbrahimə elə kiçik yaşında ikən qövmünə Allahın vəhdaniyyətini sübut edən dəlillər bəxş etdikdə. Biz zatən onu daha yaxşı tanıyırdıq. Biz ona qövmü qarşısında dəlillər gətirməsi üçün Öz elmimizdən lazım olan dəlillər bəxş etmişdik.