وَلَئِن مَّسَّتۡهُمۡ نَفۡحَةٞ مِّنۡ عَذَابِ رَبِّكَ لَيَقُولُنَّ يَٰوَيۡلَنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ ٤٦
Wala'im massathum nafhatum min 'adhābi rabbika layaqūlunna yāwaylanā innā kunnā zālimīn
Əgər onlara Rəbbinin əzabından bir yel belə toxunsa, onlar mütləq: “Vay halımıza! Biz, həqiqətən də, zalımlardan olmuşuq”– deyərlər.
Təfsir
Ey Peyğəmbər! Rəbbinin əzabından payı olub, bu əzabın özlərinə tez bir zamanda gəlməsinə tələsən o kimsələrə əzab toxunduqda, onlar mütləq: "Vay bizim halımıza! Biz, həqiqətən də, Allaha şərik qoşmaqla, Muhammədin (sallallahu aleyhi və səlləm) bizə gətirdiyi haqqı yalan saymaqla özümüzə zülm etmişik" – deyərlər.