Al-Anbiya surəsi, ayə 3

21:3

لَاهِيَةٗ قُلُوبُهُمۡۗ وَأَسَرُّواْ ٱلنَّجۡوَى ٱلَّذِينَ ظَلَمُواْ هَلۡ هَٰذَآ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡۖ أَفَتَأۡتُونَ ٱلسِّحۡرَ وَأَنتُمۡ تُبۡصِرُونَ ٣

Lāhiyatan qulūbuhum wa asarrun-najwal-ladhīna zalamū hal hādhā illā basharum mithlukum afata'tūnas-sihra wa antum tubsirūn

qəlbləri qəflət içində qaldığı halda. Zalımlar öz aralarında xəlvətcə pıçıldaşıb deyirlər: “Məgər bu sizin kimi bir insan deyilmi? Gözünüz görə-görə sehrəmi inanacaqsınız?”

Təfsir

Onlar Quranı, qəlbləri ondan qafil olduuğu halda dinləyərlər. Uca Allahın nazil etdiyi ayələrə küfr edərək özlərinə zülm edən zalımlar öz arala­rında yavaşca, pıçıltı ilə belə de­yir­lər: "Məgər özünün Allah tərəfindən göndərilən bir elçi olduğunu iddia edən bu Muhəmməd sizdən heç bir üstünlüyü olmayan, əksinə, elə sizin kimi bəşər övladı olan adi bir insan de­yil­mi?! Onun gətirdiyi Quran sehrdən başqa bir şey deyildir. Siz onun, özünüz kimi adi bir bəşər övladı olduğunu və gətirdiyi Quranın da sehrdən başqa bir şey olmadığını dərk etdiyiniz bir halda indi onun ardıncamı gedəcəksiniz?!"