Al-Anbiya surəsi, ayə 29

21:29

۞ وَمَن يَقُلۡ مِنۡهُمۡ إِنِّيٓ إِلَٰهٞ مِّن دُونِهِۦ فَذَٰلِكَ نَجۡزِيهِ جَهَنَّمَۚ كَذَٰلِكَ نَجۡزِي ٱلظَّٰلِمِينَ ٢٩

Waman yaqul minhum innī ilāhum min dūnihī fadhālika najzīhi jahannama kadhālika najziz-zālimīn

Onlardan (Mələklərdən) kimsə: “Mən Ondan başqa bir məbudam!”– desə, ona Cəhənnəmi qismət edərik. Biz zalımları belə cəzalandırırıq.

Təfsir

Əgər mələklərdən biri: "Mən Allahdan baş­qa bir məbudam!" – deyərsə, Qiyamət günü Biz, onun söylədiyi bu sözündən dolayı ona içərisində əbədi qalacağı Cə­hən­nəm əzabı ilə cəzalandırarıq. Biz Allaha qarşı küfr və şirk edən zalımları da belə cəza­landırırıq.