يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡ وَلَا يَشۡفَعُونَ إِلَّا لِمَنِ ٱرۡتَضَىٰ وَهُم مِّنۡ خَشۡيَتِهِۦ مُشۡفِقُونَ ٢٨
Ya'lamu mā bayna aydīhim wamā khalfahum walā yashfa'ūna illā limanirtadā wahum min khashyatihī mushfiqūn
(Allah) onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər.
Təfsir
Allah onların nə etdiklərini və nə edəcəklərini bilir. Onlar Allahın, şəfaət edilməsinə razı qaldığı kimsələrə Onun izni olmadan heş bir kimsəyə şəfaətçi olmazlar. Onlar Allahın qorxusundan tir-tir əsirlər və Allahın əmr və yasaqlarına əsla müxalif olmazlar.