وَمَا خَلَقۡنَا ٱلسَّمَآءَ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا لَٰعِبِينَ ١٦
Wamā khalaqnas-samā'a wal-arda wamā baynahumā lā'ibīn
Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq.
Təfsir
Biz göyü, yeri və onların arasında olanları boş və əbəs yerə yaratmadıq. Biz bütün bunların hamısını qüdrətimizə dəlalət etməsi üçün yaratdıq.