وَلَقَدۡ كَتَبۡنَا فِي ٱلزَّبُورِ مِنۢ بَعۡدِ ٱلذِّكۡرِ أَنَّ ٱلۡأَرۡضَ يَرِثُهَا عِبَادِيَ ٱلصَّٰلِحُونَ ١٠٥
Walaqad katabnā fiz-zabūri mim ba'didh-dhikri annal-arda yarithuhā 'ibādiyas-sālihūn
Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra (nazil etdiyimiz) Zəburda da yer üzünə Mənim əməlisaleh qullarımın varis olacaqlarını yazmışdıq.
Təfsir
Biz Lövhi-məhfuzda yazdıqdan sonra rəsullara nazil etdiyimiz kitablarda: "Yer üzünə Allahın əməlisaleh qulları varis olacaqlar!" – deyə yazmışdıq. Onlar Muhammədin (sallallahu aleyhi və səlləm) ümmətidir.