Al-An'am surəsi, ayə 84

6:84

وَوَهَبۡنَا لَهُۥٓ إِسۡحَٰقَ وَيَعۡقُوبَۚ كُلًّا هَدَيۡنَاۚ وَنُوحًا هَدَيۡنَا مِن قَبۡلُۖ وَمِن ذُرِّيَّتِهِۦ دَاوُۥدَ وَسُلَيۡمَٰنَ وَأَيُّوبَ وَيُوسُفَ وَمُوسَىٰ وَهَٰرُونَۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ٨٤

Wawahabnā lahū ishāqa waya'qūba kullan hadaynā wanūhan hadaynā min qablu wamin dhurriyyatihī dāwūda wasulaymāna wa ayyūba wayūsufa wamūsā wahārūna wakadhālika najzil-muhsinīn

Biz ona İshaqı və Yəqubu bəxş etdik. Onların hər ikisini doğru yola yönəltdik. Bundan əvvəl Nuhu və onun züriyyətindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da doğru yola yönəltmişdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.

Təfsir

Biz İbrahimi oğlu İshaq və nəvəsi Ya­qubla ruziləndirdik. Onların hər ikisini doğru yola müvəffəq etdik. Onlardan əvvəl Nuhu da doğru yola müvəffəq etmişdik. Biz Nuhun nəslindən olan Da­vudu və onun oğlu Süley­manı, Əy­yubu, Yusifu, Mu­­sanı və onun qardaşı Ha­runu - aleyhimussəlam - da haqq yoluna müvəffəq etmişdik. Biz Peyğəmbərlərə etdikləri yaxşı əməllərinə görə bu mükafatı bəxş etdiyimiz kimi onlardan başqa yaxşı əməl sa­hib­lərini də etdikləri yaxşı əməllərinə görə belə mükafatlandırırıq.