Al-An'am surəsi, ayə 3

6:3

وَهُوَ ٱللَّهُ فِي ٱلسَّمَٰوَٰتِ وَفِي ٱلۡأَرۡضِ يَعۡلَمُ سِرَّكُمۡ وَجَهۡرَكُمۡ وَيَعۡلَمُ مَا تَكۡسِبُونَ ٣

Wahuwallāhu fis-samāwāti wafil-ardi ya'lamu sirrakum wajahrakum waya'lamu mā taksibūn

O, həm göylərdə, həm də yerdə (ibadət olunan Tək) Allahdır. O, gizlində saxladığınızı da, aşkarda etdiyinizi də və sizin nə qazanacağınızı da bilir.

Təfsir

O, həm göylərdə, həm də yerdə haqqlı olaraq ibadət edilən pak olan Allah­dır. Ona heç bir şey gizli qalmaz. O, gizlində saxladığınız niyyətləri, sözləri və əməlləri də, bunlardan aşkara çıxardığınızı da bilir. O, bu əməllərin əvəzini sizə verəcəkdir.