هُوَ ٱلَّذِي خَلَقَكُم مِّن طِينٖ ثُمَّ قَضَىٰٓ أَجَلٗاۖ وَأَجَلٞ مُّسَمًّى عِندَهُۥۖ ثُمَّ أَنتُمۡ تَمۡتَرُونَ ٢
Huwal-ladhī khalaqakum min tīnin thumma qadā ajalan wa ajalum musamman 'indahū thumma antum tamtarūn
Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun yanında (Qiyamət günü üçün də) bəlli bir əcəl vardır. (Bunu bildikdən) sonra siz yenə də şübhə edirsiniz.
Təfsir
Ey İnsanlar! Atanız Adəmi - aleyihssəlam - palçıqdan yaratdığı zaman sizi də palçıqdan yaradan, sonra da sizin dünya həyatında qalmanız üçün müəyyən vaxt təyin edən pak olan Allahdır. Allah Qiyamət günü qəbirlərdən dirilməyiniz üçün də yalnız Onun bildiyi bir vaxt təyin etmişdir. Bunu bildikdən sonra siz yenə də pak olan Allahın ölüləri diriltmə qüdrətinə şübhə edirsiniz!