وَهُوَ ٱلَّذِي جَعَلَكُمۡ خَلَٰٓئِفَ ٱلۡأَرۡضِ وَرَفَعَ بَعۡضَكُمۡ فَوۡقَ بَعۡضٖ دَرَجَٰتٖ لِّيَبۡلُوَكُمۡ فِي مَآ ءَاتَىٰكُمۡۗ إِنَّ رَبَّكَ سَرِيعُ ٱلۡعِقَابِ وَإِنَّهُۥ لَغَفُورٞ رَّحِيمُۢ ١٦٥
Wahuwal-ladhī ja'alakum khalā'ifal-ardi warafa'a ba'dakum fawqa ba'din darajātil liyabluwakum fī mā ātākum inna rabbaka sarī'ul-'iqābi wa innahū laghafūrur rahīm
Verdiyi nemətlərlə sınamaq üçün sizi yer üzünün xələfləri təyin edən, dərəcə etibarilə birinizi digərinizdən üstün tutan Odur. Həqiqətən, sənin Rəbbin tezliklə cəza verəndir. Həqiqətən, O, bağışlayandır, rəhmlidir.
Təfsir
Sizi yerdiyi nemətlərlə imtahan etmək üçün və yer üzünü inşa edəsiz deyə sizi, sizdən əvvəl yer üzündə olub keşmiş insanların xələfləri təyin edən, yaradılışda, ruzidə və s. bu kimi sifətlərdə birinizi digərinizin üstün dərəcələrə qaldıran Allahdır. Ey Peyğəmbər! Həqiqətən, sənin Rəbbin tezliklə cəza verəndir. Qarşıda gələn hər bir şey yaxındır. Həqiqətən, Allah, Ona tövbə edən qullarını bağışlayandır və onlara qarşı rəhmlidir.