لَا شَرِيكَ لَهُۥۖ وَبِذَٰلِكَ أُمِرۡتُ وَأَنَا۠ أَوَّلُ ٱلۡمُسۡلِمِينَ ١٦٣
Lā sharīka lahū wabidhālika umirtu wa ana awwalul-muslimīn
Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm”.
Təfsir
Pak və bütün nöqsanlardan uzaq olan Allahın heç bir şəriki və Ondan başqa haqq ibadət olunan yoxdur. Allah mənə şirkdən uzaq bu xalis tövhidi əmr etmişdir və bu ümmətdən Allaha ən birinci təslim olan da mənəm.